Vakansiya seçimi: 1 348 müəllim iş yerini dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Vakansiya seçimi: 1 348 müəllim iş yerini dəyişdi

Sosial

02 May 2024 11:19 314


Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin (23-29 aprel) vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

Yenisabah.az xəbər verir ki, nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müəllimlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçiminin nəticələri ilə tanış ola bilərlər. Elektron yerləşdirmə zamanı 14 nəfər şəhid ailəsi üzvü olmaqla 1348 nəfər müəllim iş yerini dəyişdirmək imkanı qazanıb. Dördpendirli pizza

Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.

Qeyd edək ki, uğur qazanan müəllimlərin sənədləri yoxlanıldıqdan sonra tutduqları vakansiyaya təyin olunacaqlar. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!