Vakansiyaların gizlədilməsi mümkün deyil - NAZİR

saytların hazırlanması

Evə çatdırılma

Vakansiyaların gizlədilməsi mümkün deyil - NAZİR

Sosial

11 Aprel 2023 17:31 720


"Məktəblərdə vakansiyaların gizlədilməsinin mümkün olacağına inanmıram". 

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. 

Onun sözlərinə görə, hazırda təhsil müəssisələrində vakansiyaların hesablanması Elm və Təhsil Nazirliyində tamamilə avtomatlaşıb.  Pepperoni pizza

"Vakansiyaların gizlədilməsi hallarına inanmıram. Sadəcə olaraq bəzi məktəblərimizdə müəllim sayı zəruri olduğundan çoxdur. Məktəblər var ki, 4 sinifə 24 müəllim düşür. Belə olan halda hansısa müəllim pensiyaya çıxanda, biz o yerə vakansiya elan etmirik. Bəzən anlaşmazlıq yaranır ki, filan məktəbdə hansısa müəllim gedib, lakin yeri vakansiyaya çıxarılmayıb. Belə istisna halların izahı var. MİQ-lə bağlı vakansiyalar yay aylarının əvvəlində elan ediləcək", - deyə nazir vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!