“Vaksin bazara çıxarılan kimi dövlət tərəfindən alınacaq” - Prezidentin köməkçisi
15 Avq 2020 12:02
349

“Vaksin bazara çıxarılan kimi dövlət tərəfindən alınacaq” - Prezidentin köməkçisi

“Peyvəndlərin tətbiq olunması ilə təkcə koronavirusun yox, digər xəstəliklərin də qarşısı alınır”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, Azərbaycan koronavirus vaksini alacaq:

“Beynəlxaq səviyyədə sertifikatlaşdırılmış COVID-19-la əlaqədar vaksin bazara çıxarılacağı təqdirdə dövlət tərəfindən alınacaq və vətəndaşlara çatdırılacaq”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər