Vaksin olunmayan müəllimlərin maaşları kəsiləcək? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Vaksin olunmayan müəllimlərin maaşları kəsiləcək? - Açıqlama

Sosial

09 Sentyabr 2021 18:08 1202


Təhsil Nazirliyi vaksin olunmayan təhsil işçilərinin maaşlarının kəsilib-kəsilməyəcəyi məsələsi ilə bağlı açıqlama verib.

Məsələ ilə bağlı bu gün keçirilən brifinqdə danışan təhsil nazirinin müşaviri Rüstəm Ağayevin sözlərinə görə, vaksinasiya prosesindən keçməyən təhsil işçiləri barədə müzakirələr gedir:

“Məsələ barədə Nazirlər Kabinetinin yeni qaydaları hazırlanır. Bu barədə ictimaiyyətə geniş məlumat veriləcək”. Marqarita pizza

Qeyd edək ki, Təhsil Nazirliyinin yaydığı məlumata görə, vaksin olunmayan və “Əks göstəriş sertifikatı”nı təqdim etməyən təhsil işçilərinin təhsil müəssisələrinə girişinə icazə verilməyəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!