Vaksinasiya üçün səyyar briqadalar təşkil olunur

saytların hazırlanması

Evə çatdırılma

Vaksinasiya üçün səyyar briqadalar təşkil olunur

Sosial

08 Aprel 2021 12:33 849


"Hazırda vaksinasiya üçün səyyar briqadalar təşkil olunur. Səyyar briqadalarin təşkil olunmasında məqsəd tibb məntəqələrində sıxlığın aradan qaldırılması və vaksinasiyanın sürətləndirilməsidir".

Yenisabah.az APA-ya istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış deyib.

O bildirib ki, dövlət orqanlarından daxil olan müraciətlərə əsasən, belə səyyar briqadalar təşkil olunur: Sezar pizza

"İki gündür ki, SOCAR-ın baş ofisində səyyar vaksinasiya təşkil olunub. Bu gün 150 nəfərə yaxın əməkdaşın vaksinasiyası həyata keçiriləcək. Ümumilikdə isə 1000 əməkdaşın könüllü şəkildə peyvənd olunması nəzərdə tutulub".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!