Vaksindən ölən qadının ailəsinə rekord təzminat

saytların hazırlanması

Evə çatdırılma

Vaksindən ölən qadının ailəsinə rekord təzminat

Sosial

18 Aprel 2023 16:29 690


Sinqapurda Covid-19 peyvəndi olduqdan 4 gün sonra ölən qadının ailəsinə təzminat ödənilib. 

Bakupost.az xəbər verir ki, bu haqda Sinqapur Səhiyyə nazirliyi məlumat verib. 

Təzminatın miqdarı 169 min dollar təşkil edib.  Toyuqlu pizza

Qadının ölüm səbəbi miokardit (ürəyin iltihabı) kimi izah edilib. 

Qeyd edək ki, 43 yaşlı Ontal Çarlen Varqas, 9 dekabr 2021-ci ildə BioNTech və Pfizer tərəfindən hazırlanmış Comirnaty adlı peyvəndin buster dozasını vurdurub. 

Peyvənddən sonra 2 gün müşahidə altında saxlanıb. 

Ertəsi gün Varqas özünü pis hiss edib və taksi iə xəstəxanaya gəlib.

13 dekabr 2021-ci ildə vəfat edib. 

Ona BioNTech-in birinci və ikinci dozalarının yan təsirləri olmadığı da açıqlanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!