“Valideynin ifrat qayğısı hüquqların pozulmasına gətirib çıxarır“

saytların hazırlanması

Evə çatdırılma

“Valideynin ifrat qayğısı hüquqların pozulmasına gətirib çıxarır“

Sosial

03 İyun 2022 16:51 1081


“Uşaq hüquqlarının qorunması ailədən başlayır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

Onun sözlərinə görə, valideynlər uşaqlarının istəyini nəzərə almırlar: Sezar pizza

“Uşaq hüquqları çox yaxşı hazırlanıb. Bununla bağlı 10 illik strategiya var. Bütün sahələrdə uşaqların hüquqlarına müdaxilə və problemli məsələlərin həlli ilə bağlı addımlar nəzərdə tutulub. 

Uşaq hüquqlarının pozulması ailədən başlayır. Valideyn bunu hüquq pozma kimi başa düşmür. Elə bilir ki, uşaqlarının taleyinə və həyatına yaxşı təsir edir.

Problem uşaq sözünün eşidilməməsidir. Azərbaycanda cəmiyyət uşaqların müdafiəsinə daim hazırdır. Valideynin bəzən uşaqlara daha çox diqqət etməsi, ifrat qayğısı hüquqların pozulmasına gətirib çıxarır.

Elə ailələr var ki, asosial həyat tərzi keçirir, uşaqla ümumiyyətlə maraqlanmır. Belə hallarda dövlət uşağın qayğısına qalır, maraqlarını qoruyur. Bəzən valideyn bunu anlamaq istəmir”.  

Mehriban Zeynalova təhsil müəssisəsində də hüquq pozma hallarının üstünlük təşkil etdiyini söyləyib:

“Valideyn kimi, müəllim də düşünür ki, zorakılıq etməklə yaxşı iş görür”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!