Valideynlərə xatırlama: Sabahdan seçim başlayır

saytların hazırlanması

Evə çatdırılma

Valideynlərə xatırlama: Sabahdan seçim başlayır

Sosial

20 İyul 2026 17:33 154


Sabah 2026-2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul çərçivəsində məktəb seçimi mərhələsi başlayır.

"Yeni Sabah" xəbər verir ki, valideynlər saat 11:00-dan etibarən Bakı şəhəri istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında məktəb seçimini həyata keçirə biləcəklər.

Bakı şəhəri üzrə seçim prosesi həmin gün saat 15:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə iyulun 22-si saat 11:00-da başlayacaq. Dominos pizza

Qeydiyyat mektebeqebul.edu.az portalı vasitəsilə aparılır və sentyabrın 14-ü saat 18:00-dək davam edəcək.

Məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul edilir.

Xatırladaq ki, məktəbəhazırlıq qruplarına elektron qeydiyyat iyulun 10-dan başlayıb. Həmçinin 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qəbul prosesi mayın 6-dan etibarən davam edir.

MÜTDA-nın məlumatına görə, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qruplarından avtomatik olaraq birinci sinfə keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!