Qarabağın işğaldan azad edilməsindən bir il ötür. 27 sentyabr 2020-ci il Azərbaycanın şanlı tarixində bir səhifənin daha yazılmağa başlandığı gündür.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Vasif Məhərrəmli bunu qürur hissi ilə yada saldığını deyib:
“Hər zaman Qarabağın geri qayıdacağına inanmışıq. O inam heç vaxt məndə itməmişdi. Bilirdim ki, nə vaxtsa Qarabağ qayıdacaq, amma keçən il üçün qayıtmağı hamımızı təəccübləndirdi. Şükürlər olsun ki, bu qələbəni qazandıq, Ali Baş Komandanımız, əsgərlərimiz, qazilərimiz var olsun, Allah şəhidlərimizə rəhmət eləsin. Biz hamımız onların ruhu qarşısında baş əyməliyik, onları unutmamalıyıq. Allah tezliklə qazilərimizə şəfa versin. Bədəninin bəzi orqanlarını itirən qazilərimiz var, biz hamımız onların qulluğunda olmalıyıq. Hər zaman onların ziyarətinə getməliyik və bizlər də gedirik. Əlimizdən gəldiyi qədər onlara dəstək olmağa çalışırıq. Dövlətimiz də sağ olsun, onlar üçün lazımi şərait yaradılır. Dünən həm Anım Günü, həm də qürur günümüz idi. Bir gözümüz ağlayırdı, digəri gülürdü. Ona görə ağlayırdıq ki, 3 minə yaxın gül kimi balamız bu yolda canından keçdi. Amma həm də gülürdük ki, artıq bütöv bir Azərbaycan var. Artıq biz Qarabağda dizimizi yerə qoyub, əyilib özümüz xarıbülbülü qoxlaya biləcəyik”. Dominos pizza
İfaçı tezliklə Qarabağa getmək arzusunda olduğunu bildirib:
“Hələ ki, işğaldan azad olunan yerlərə getmək mənə qismət olmayıb. İnşallah, dəvət edərlərsə gedərəm, belə özüm öz başıma getmək istəmirəm. Əgər bir tədbir olarsa, dəvət alaramsa, hər an canla-başla iştirak etməyə hazıram”.
Əsmətxanım
Telegram kanalımız