Vatikan Ukraynada müharibənin dayandırılmasına kömək etmək üçün sülhməramlı missiyanı işə salacaq.
Yenisabah.az “Reuters”ə istinadla xəbər verir ki, dünya katoliklərinin lideri Fransiskin tapşırığı ilə italiyalı kardinal Matteo Zoppi Ukrayna prezidenti Vladimir Zelenski və onun rusiyalı vəzifədaşı Vladimir Putinlə ayrı-ayrılıqda görüşməyə çalışacaq.
67 yaşlı Zuppinin gərginliyin azaldılması, Ukraynada müharibənin dayandırılması və sülh prosesinin başlanmasına kömək etmək üçün Vatikan Xarici İşlər Nazirliyinin ona bu missiyanı həvalə etdiyini təsdiqləyib. O, 1992-ci ildə Mozambikin vətəndaş müharibəsinə son qoyan müqaviləyə vasitəçilik edib. Dominos pizza
Telegram kanalımız