2024-cü ilin ilk yarısında Azərbaycanda vaxtı ötmüş kreditləri artan banklar arasında “Ziraat Bank Azərbaycan” da yer alıb.
“Yeni Sabah”ın məlumatına görə, sözügedən bankın vaxtı keçmiş kreditləri ilin əvvəli ilə müqayisədə 2024-cü ilin ikinci rübündə 85,4% və ya 24,4 milyon manat artaraq 52,9 milyon manata yüksəlib. 2024-cü ilin əvvəlinə bu rəqəm 28,5 milyon manata bərabər olub.
Bu isə bankın vaxtı ötmüş kreditlərinin ümumi portfeldə çəkisinin 7,3%-dən 12,4%-ə kimi artmasına təsir edib. pizza sifarişi
“Ziraat Bank Azərbaycan”ın vaxtı keçmiş kreditlərində ən böyük artım biznes kreditləri üzrə müşahidə edilir. Bankın vaxtı ötmüş biznes kreditləri 24,3 milyon manat artaraq 28,2 milyon manatdan 52,5 milyon manata kimi yüksəlib.
Bu dövrdə bankın vaxtı keçmiş kreditlərinin cəmi 420,5 min manatı istehlak kreditlərinə aid olub. Bu isə ilin əvvəlinə nisbətən 67% çoxdur. 2024-cü ilin əvvəli üzrə bu rəqəm 252,4 min manat təşkil edib.
Xatırladaq ki, “Ziraat Bank Azərbaycan” 2014-cü ildə yaradılıb, onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i “Ziraat Bank”a (Türkiyə), 0,01% - “Ziraat Texnoloji Şirkəti”nə, 0,01%-i isə Ziraat Yatırım Menkul Değerler Şirkətinə (Türkiyə) məxsusdur.
Telegram kanalımız