Vaxtı keçmiş və istehlaka yararsız məhsullar   Veysəloğlu Şirkətlər Qrupu tərəfindən necə məhv edilir? -VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Vaxtı keçmiş və istehlaka yararsız məhsullar Veysəloğlu Şirkətlər Qrupu tərəfindən necə məhv edilir? -VİDEO

Sosial

16 Oktyabr 2025 11:31 129


Cəmiyyətdə bəzən böyük market şəbəkələri ilə bağlı yanlış təsəvvür formalaşır – guya bu şəbəkələr vaxtı keçmiş və istifadəyə yararsız məhsulları yenidən satışa çıxarır.

Veysəloğlu Şirkətlər Qrupu tərəfindən təqdim edilən reportaj isə bu iddiaların tamamilə əsassız olduğunu faktlarla nümayiş etdirir.

Şirkətin məlumatına görə, hər ay milyonlarla manat dəyərində məhsul istehlaka yararsız hesab edilərək satışdan çıxarılır və xüsusi qaydada məhv edilir. 2024-cü ildə bu məqsədlə məhv edilən məhsulların ümumi dəyəri 24,8 milyon manat, 2025-ci ilin ilk səkkiz ayı ərzində isə 21,1 milyon manat təşkil edib. pizza sifarişi

Göründüyü kimi, bu rəqəmlər kifayət qədər böyük olsa da, şirkət bu prosesi istehlakçıların təhlükəsizliyi və məhsul keyfiyyətinin qorunması naminə zəruri hesab edir. Veysəloğlu Şirkətlər Qrupu müasir və innovativ həllər vasitəsilə bu itkiləri minimuma endirmək istiqamətində ardıcıl addımlar atır.

Mövzu ilə bağlı hazırlanan ətraflı videoreportajı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!