“Vaxtında keyfiyyətli tələbə məzun etməmişik” - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Vaxtında keyfiyyətli tələbə məzun etməmişik” - Deputat

Sosial

13 İyul 2023 13:01 768


"Müəllimlərin imtahanları pulsuz olmalıdır". 

Yenisabah.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov MİQ imtahanlarında iştirakın ödənişli olması ilə bağlı təkliflərə münasibət bildirərkən deyib. 

"Mən başa düşürəm ki, pul verən müəllim imtahana daha məsuliyyətli yanaşacaq. Ancaq təklif edirəm ki, bu proses pulsuz olsun. Müəllimlərin bəzilərində özünü aparmaq, dünya görüşü məsələsində çox ciddi problemlər var", - deyə deputat bildirib.  Toyuqlu pizza

Parlamentari təhsildəki problemlərdən də söz açıb: 

"Biz vaxtında keyfiyyətli tələbə məzun etməmişik. Ancaq bu gün problemi aradan qaldırmağa çalışırıq. Universitetlərdə keyfiyyətli tələbələr yetişdirməliyik. İndiki halda keyfiyyətli müəllimləri üzə çıxarmağa məcburuq. Çalışmalıyıq ki, bu problemi universitetlərdə həll edək". 

Qeyd edək ki, hazırda MİQ imtahanları ödənişsizdir. İmtahanların ödənişli olması barədə müxtəlif təkliflər irəli sürülür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!