"VAZ-2107" elektrik dirəyinə çırpıldı, sürücü öldü

Sent 17, 2019 21:43
Oxunma sayı: 116

Sentyabrın 17-də günorta saatlarında Lənkəran-Boradigah yolunun Vilvan kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, Astara rayonunun Maşxan kənd sakini, 1989-cu il təvəllüdlü Rauf Əliyevin idarə etdiyi "Mercedes" markalı yük maşını Lənkəran rayonunun Osakücə kənd sakini, 1953-cü il təvəllüdlü Şəmsəddin Babayevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub.

Hadisə zamanı "VAZ-2107" yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və sürücü Şəmsəddin Babayev hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar aparılır. 

Yenisabah.az