Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi İntiqam Kərimov müğənni Vəfa Şərifova haqda diqqətçəkən açıqlamalar edib.
Yenisabah.az xəbər verir ki, “Tarixin bir günü” verilişində qonaq olan İ. Kərimov Vəfa Şərifovaya 17 yaşından musiqi dərsləri verdiyini bildirib:
“Hazırlıq üçün mənim yanıma gələndə 17 yaşı var idi, mağazada çalışırdı, heç bir musiqi təhsili yox idi. O, hər şeyə sıfırdan başlayıb. Mənim yanımdan ayrılanda 2 oktava 2 not səsi var idi. Bununla istənilən ariyanı oxumaq olar. Yenidən hazırlığa başlasaq, ona “Sevil” operasından “Ediliyanın ariyası”nı oxudacağam. Bunun üçün Vəfaya 2 ay vaxt lazımdır. O gün başqa verilişlərin birində də ona dedim ki, gəl, hazırlaşdırım, oxu. Bunu ona görə deyirəm ki, insanlar bilib-bilmədən "səsi yoxdur" deməsinlər. Sadəcə Vəfanın seçdiyi üslub başqadır, belə sevir, bu tərzlə də çörək pulunu qazanır. Onun təməli var. Yenidən hazırlaşsaq, əsəri öyrənsək, 2 aya "Mən elə bir dilbərəm..." ariyasını oxuyacaq". Toyuqlu pizza
Əsmətxanım
Telegram kanalımız