Vəfat edən şəxsin pensiya kapitalı bu şəxsə verilir – Mühüm qayda açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Vəfat edən şəxsin pensiya kapitalı bu şəxsə verilir – Mühüm qayda açıqlandı

Sosial

30 İyun 2026 15:28 49357


Azərbaycanda uzun illər işləyərək fərdi hesabında pensiya kapitalı toplayan şəxsin vəfat etməsindən sonra həmin vəsaitin taleyi tez-tez müzakirə olunan məsələlərdən biridir.

“Yeni Sabah” Baku.ws-ə istinadla xəbər verir ki, bu kapital bütün hallarda vərəsələrə nağd şəkildə ödənilmir.

"Əmək pensiyaları haqqında" Qanuna əsasən, vəfat etmiş şəxsin topladığı pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyası hüququ qazanan ailə üzvlərinin pensiyasının hesablanması zamanı nəzərə alınır. Yəni bu vəsait birbaşa bölüşdürülərək vərəsələrə verilmir, onların alacağı pensiyanın məbləğinin artmasına təsir edir. Toyuqlu pizza

Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna, o cümlədən, 18 yaşınadək uşaqlar, əyani təhsil alan övladlar 23 yaşınadək, eləcə də müəyyən hallarda həyat yoldaşı, valideynlər və digər ailə üzvləri malik ola bilərlər.

Ailə üzvləri əvvəlcə notariat qaydasında vərəsəlik hüququnu rəsmiləşdirməli, daha sonra isə qanunvericilikdə nəzərdə tutulan hallarda Dövlət Sosial Müdafiə Fonduna müraciət etməlidirlər.

Bundan başqa, əmək pensiyaçısı vəfat etdikdə onun ailəsinə dəfn xərclərinin qarşılanması məqsədilə birdəfəlik müavinət də ödənilir. Bu müavinətin məbləği vəfat tarixinə qüvvədə olan əmək pensiyasının minimum məbləğinin üç misli həcmində müəyyən edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Almaz
    Salam anam ikinci ile kecir rehmete gedib evin yegane ovladiyam anamin pensiya kapitali mene düşurmü?
    2 months ago
  • İntiqam
    Salam.Yoldaşımın hər iki valudeyni rəhmətə gedib, tək evladdır.Pensiya kapitalından istifadə edə bilərmi?
    2 months ago
  • Fikrət
    İnsan əziyyət çəkir 40-50 il işləyir hesabına pensiya kapitalı yığılır,olmazki həmin kapitalın hansısa faizi həmin insanın sağlığında özünə ödənsin. Çox maraqlı təklif öləndən sonra...niyə?
    2 months ago
  • Yaqut
    Xeyr.Yanilirsiz.Olenin əmək pensiyası övladlarına çatir aldıqları müavinətin üstünde.o mebleği heç bir dövlət işçisi yemir.mende müavinət alırdım özləri zəng vurdular ki yoldaşının bu qədər pensiyası var sənədləri topla getir övladlarının pulunu artım ile götür.Men sənədləri toplayıb verecem qaydaya salacaqlar.
    2 months ago
  • Oruc
    Notariusluq burda bir iş yoxdur. Xəbər hazırlayanda işə peşəkar şəkildə yanaşın.
    2 months ago
  • Yasar
    Pensiya kapitalının müəyyən faizi geri qaytarılmaq haqqında nə irəiləyiş var?
    2 months ago
  • Maqsud
    Bu hökumət və məmurlar milləti ələ salıb, gülürlər.son 30ildə əhalinin xeyrinə bir dəfə dollar qalxanda konpensasiya verilib.hökumət ancaq milləti soğan kimi soyur!
    2 months ago
  • elnur
    olme esseyim.yonca biter yeni mixinizi cekin olduse pul batdi
    2 months ago
  • İsa
    Mən bunlara inanmıram kapitalı basıb yeyirlər bunlar hamısı boş söhbetlerdi vay ölen kişinin halına ailəsi işlənəcək daha dövlet demiyəcəm ki həmin kapitalı pensiya şeklinde verim ölenin ailesine
    2 months ago
  • Rəcəbəli
    Her iki valideynim rehmete gedib. Onların pensiya kapitalı mene düsür?
    2 months ago
  • Rəcəbəli
    Menim her iki valıdeynim rehmete gedib. Tek övladam mene düsür pensıya kapıtalları.
    2 months ago
  • Muxtar
    Yaxş olardaı pensiya kapitalı Saglıgında verilsin Pensiyaya çıxandan sonra. Öləndən sonra kimə lazımdı. Miləti ələsalırsız
    2 months ago