Vəfat edən Tim Karrinin sərvəti kimə qalacaq?

saytların hazırlanması

Evə çatdırılma

Vəfat edən Tim Karrinin sərvəti kimə qalacaq?

Şou

28 Avqust 2026 01:22 88


Britaniyalı aktyor Tim Karrinin ölümündən sonra onun sərvətinin kimə qalacağı maraq doğurub.

"Yeni Sabah" xəbər verir ki, 80 yaşında vəfat edən aktyor heç vaxt evlənməyib və övladı olmayıb. Onun təxminən 8 milyon dollar sərvəti, həmçinin Los-Ancelesdə yerləşən evi olduğu bildirilir. 

Karrinin əmlakının taleyinin vəsiyyətinin olub-olmamasından asılı olduğu qeyd edilir. Əgər aktyor vəsiyyət qoyubsa, sərvəti sənəddə göstərilən şəxslər arasında bölüşdürüləcək. Vəsiyyət olmadığı halda isə Kaliforniya qanunlarına əsasən onun qohumlarının kimlər olduğu müəyyənləşdiriləcək və əmlak qanuni varislər arasında bölüşdürüləcək. Hazırda Karrinin kimləri varis təyin etdiyi barədə açıq məlumat yoxdur.  Toyuqlu pizza

Aktyorun Los-Ancelesdəki evi də diqqət çəkir. 1922-ci ildə inşa edilən, Aralıq dənizi üslubundakı tarixi malikanəni Karri 1993-cü ildə 650 min dollara alıb. O, uzun illər ərzində evi bərpa etdirib. Evdə sənət əsərləri, ingilis antikvar əşyaları və müxtəlif dekorativ nümunələrdən istifadə olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!