Vəfat etmiş şəxslərin vərəsələrinə birdəfəlik ödəmə necə təyin olunacaq?

saytların hazırlanması

Evə çatdırılma

Vəfat etmiş şəxslərin vərəsələrinə birdəfəlik ödəmə necə təyin olunacaq?

Sosial

02 Avqust 2022 19:43 1210


Dövlət başçısının Fərmanının icrası olaraq və Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun şəkildə bu gündən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələr təyin olunur.

Yenisabah.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarından həmin dövrədək hərbi xidmətdə xəsarət alması barədə məlumatları aidiyyəti qurumlar tərəfindən müvafiq elektron sistemə daxil edilmiş, həmçinin sığorta ödənişi alması üçün məhkəmə qətnaməsi olan 11 minədək şəxsə həmin birdəfəlik ödəmələr təyin edilib. Pepperoni pizza

E-sistemlərdə, habelə müvafiq arxivlərdə aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün e-qaydada ödəmə təyin edilməyən şəxslər, habelə birdəfəlik ödəmə almaq hüququ olan vəfat etmiş şəxslərin vərəsələri də onlara dair müvafiq məlumatlar e-sistemə daxil edildikdən sonra həmin sosial ödənişlərlə təmin olunacaqlar.

Bunun üçün qeyd olunan şəxslərə bu posterlərdə göstərildiyi qaydada müraciət edərək sənədləri təqdim etmələri tövsiyə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!