Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Vəhşi qətliam: bir ailədən 7 nəfəri niyə öldürdülər...
01 Avq 2021 08:28
4895

Vəhşi qətliam: bir ailədən 7 nəfəri niyə öldürdülər...

Türkiyənin Konya vilayətinin Meram rayonunda ötən gün günorta saatlarında törədilmiş dəhşətli qətliamın-etnik kürdlərdən ibarət ailənin bütün üzvlərinin öldürülməsinin səbəbləri üzə çıxıb. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qətlə yetirilən Dedeoğulları ailəsinin yaxını İsmet İnik bu dəhşətli divantutmanın pərdəarxasını danışıb.

Xəbər verildiyi kimi, evə daxil olan silahlılar 4-ü qadın olmaqla bir ailədən 7 nəfəri qətlə yetiriblər və evi yandıraraq qaçıblar. İsmet İnik deyir ki, Dedeoğulları ailəsinin yaşadığı evə bir neçə gün əvvəl-Qurban Bayramının ertəsi günü 50-60 nəfərlik silahlı qrup hücum etmişdi. Və həmin hücumdan sonra evin ətrafına videomüşahidə kamerası yerləşdirilib.

İsmet İnik deyib ki, qətlə yetirilən ailənin başçısı Yaşar Dedeoğulları onun əmisidir,  10-11 il əvvəl bu qəsəbədə məskunlaşıb. Qətliamın səbəbi isə 10-11 il əvvəl iki ailə arasında yaranmış qan davasıdır.

“Həmin silahlı hücumdan sonra araya girib barışıq yaratmaq istədik, amma o biri ailədən bir nəfər barışığa gəlmədi və qətliamı da təkbaşına törədib. Evə girib, əvvəlcə içəridəkiləri vurub, sonra axırda heyvanlara baxan iki qızı vurub, içəridə olan hər kəsi öldürdükdən sonra yanında gətirdiyi benzini evə töküb od vurub və gedib”,-o deyir.

İki kürd tayfası arasında bu qan davası isə adi mübahisə üstündə başlayıb, həmin vaxt tərəflər bir-birlərinə daşla, dəyənəklə hücum edib döyüblər. O vaxtdan bəri düşmənçilik başlayıb.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər