Venesuelada zəlzələ qurbanlarının sayı 1900-ü ötdü

saytların hazırlanması

Evə çatdırılma

Venesuelada zəlzələ qurbanlarının sayı 1900-ü ötdü

Dünya

30 İyun 2026 22:53 90


Venesuelada iyunun 24-də baş vermiş dağıdıcı zəlzələlər nəticəsində ölənlərin sayı 1 943 nəfərə çatıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının sədri Xorxe Rodriqes bildirib.

"Ölənlərin sayı 1 943 nəfər təşkil edib, 10 571 nəfər isə xəsarət alıb", - o qeyd edib. pizza mizza

Daha əvvəl 1 719 nəfərin öldüyü və 5 mindən çox insanın yaralandığı bildirilib.

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ olub. ABŞ Geoloji Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat verib.

Ölkə hakimiyyəti fövqəladə vəziyyət rejimi elan edib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!