Vergi cərimələrinin bir hissəsi YAŞAT Fonduna köçürüləcək

saytların hazırlanması

Evə çatdırılma

Vergi cərimələrinin bir hissəsi YAŞAT Fonduna köçürüləcək

Sosial

30 Sentyabr 2021 16:06 936


Vergi orqanları tərəfindən tətbiq edilən sanksiyalardan və cərimələrdən İqtisadiyyat Nazirliyinin hesabına daxil olan vəsaitin bir hissəsi YAŞAT Fonduna köçürüləcək.

Yenisabah.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Vergi Məcəlləsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişiklik vergi orqanları tərəfindən tətbiq edilən sanksiyalardan və cərimələrdən İqtisadiyyat Nazirliyinin hesabına daxil olan vəsaitin bir hissəsinin dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar, o cümlədən YAŞAT Fonduna köçürülməsi üçün hüquqi imkanların yaradılmasını özündə ehtiva edir. pizza sifarişi

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!