Vergi Xidmətinin rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsi həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Vergi Xidmətinin rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsi həbs edildi

Kriminal

17 Avqust 2026 15:12 387


Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin rəis müavini həbs edilib.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bununla bağlı Binəqədi Rayon Məhkəməsində qərar qəbul edilib.

Qərara əsasən, istintaq orqanın təqdimatı təmin edilib, Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib. pizza hut

Ona qarşı Cinayət Məcəlləsinin 311.3.1 (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 311.3.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Daha əvvəl vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 2 vəzifəli şəxs həbs olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rahim
    GÖRƏSƏN BU VİLLALARI, BAHALI MAŞINLARI OLAN MƏMURLAR BU. QƏDƏR HARAM PULLARI BƏS HARADAN ƏLDƏ EDİRLƏR? İCRA HAKİMİYYƏTİ BAŞÇILARININ MAŞIN KOLLEKSİYALARI HANSİ PULLARLA ALINIB?
    2 months ago