Vətən Müharibəsi iştirakçısı olan qardaşlar Biləsuvarda coşqu ilə qarşılandı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Vətən Müharibəsi iştirakçısı olan qardaşlar Biləsuvarda coşqu ilə qarşılandı - Fotolar

Sosial

10 Yanvar 2021 00:57 879


Vətən Müharibəsində iştirak etmiş iki qardaşın Biləsuvar rayonuna qayıdışı sakinlər arasında böyük fərəh və coşquya səbəb olub.

Yenisabah.az xəbər verir ki, Xızır və Xəzər Şahhüseynov qardaşlarının qayıdışı rayonda əsl bayram əhval-ruhiyyəsi yaradıb.

Qeyd edək ki, qardaşlardan biri - Xəzər Şahhüseynov qazidir. O, ağır döyüşlərdən birində yaralanıb. Keçmiş döyüşçüləri bayraqlarla qarşılayan sakinlər onları alqışlayaraq Şahhüseynov qardaşlarına minnətdarlıqlarını bildiriblər. Xızır Şahhüseynov və Xəzər Şahhüseynov isə bildiriblər ki, hər zaman Vətənin keşiyində dayanmağa, gələcəkdə də lazım gəlsə, yenidən əllərinə silaha sarılmağa hazırdırlar. Toyuqlu pizza

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!