Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin giziri Natiq Mehdiyev ölümdən dönüb.
“Yeni Sabah” xəbər verir ki, bu gün N. Mehdiyev özünə məxsus “Xəzər” markalı avtomobili idarə edərkən qəfildən maşında yanğın başlayıb. O dərhal avtomobili tərk edərək öz həyatını xilas edə bilib. Maşın isə tamamilə yanıb.
Hadisə Lənkəran şəhərində baş verib. Sözügedən avtomobil isə ona Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmişdi. pizza sifarişi
Telegram kanalımız