Vətən müharibəsi qazisinə İcra Hakimiyyətində vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Vətən müharibəsi qazisinə İcra Hakimiyyətində vəzifə verildi

Sosial

16 Fevral 2021 22:22 941


Şamaxı Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Şamaxı Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişiklik edilməsi haqqında müvafiq Fərmanına əsasən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat olub. pizza

Belə ki, həmin vəzifəyə Vətən müharibəsinin iştirakçısı, Fizuli istiqamətində gedən döyüşlərdə yaralanmış, Azərbaycan Respublikası Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunmuş Bayramov Cəlal Rauf oğlu təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!