“Vətən müharibəsi qəhrəmanları ailələrinin hər biri mənzillə təmin olunacaq” - Sahil Babayev

saytların hazırlanması

Evə çatdırılma

“Vətən müharibəsi qəhrəmanları ailələrinin hər biri mənzillə təmin olunacaq” - Sahil Babayev

Sosial

02 Sentyabr 2021 00:55 1359


“Bu il üçün qarşımıza qoyulan tapşırıq, hədəf 3 000 şəhid ailəsinə, müharibə əlilinə mənzillərin təqdim edilməsidir ki, bu, əvvəlki illərdən dəfələrlə artıqdır”.

Yenisabah.az verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AZTV-nin “Hədəf” verilişində deyib.

“Azərbaycan nadir ölkələrdəndir ki, şəhid ailələrinə, müharibə əlillərinə bu səpkidə geniş proqram icra edir. Şəhid ailələrinə, müharibə əlillərinə bu günə kimi 11 000 mənzil təqdim edilib. Onların da 1 600-ü bu il təqdim olunub. Hədəfimiz 3 000-dir. Proses davam edəcək”. Pepperoni pizza

Nazir qeyd edib ki, 11 000 mənzil yüz milyonlarla manat vəsait deməkdir. Bu, kifayət qədər geniş, maliyyə tutumlu, böyük rəqəmdir.

“Müharibə əlillərinə təqdim edilən avtomobillərin sayı artıq 7 200-ü ötüb. Bu illər ərzində müharibə əlillərinə 7 200 avtomobil əvəzsiz olaraq təqdim edilib. Artıq bu il də 100 avtomobil təqdim olunub və proses ilin sonuna kimi davam edəcək. Bunlar postmüharibə paketinin sadəcə bir hissəsi idi. Postmüharibə paketi daha geniş idi və bu paketin anonsunu da cənab Prezident ötən ilin son günlərində imzaladığı sərəncam və fərmanlarla verdi”, - deyə nazir bildirib.

"Düşünürük ki, cari ay ərzində də Vətən müharibəsi qəhrəmanları ailələrinin hər biri mənzillərlə təmin olunacaq. Bu, geniş paketin tərkib hissəsidir. Əlbəttə bu paketin icrası dövlətin şəhid ailələrinə, müharibə əlillərinə verdiyi önəmin, diqqətin bariz təzahürüdür”, - Sahil Babayev əlavə edib./Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!