Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş badminton üzrə Xətai rayon açıq birinciliyi keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş badminton üzrə Xətai rayon açıq birinciliyi keçirildi - Fotolar

Sosial

15 Dekabr 2021 19:53 607


Xətai rayon 260 nömrəli tam orta məktəbdə Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatı, Xətai Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və 260 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında Vətən müharibəsi qəhrəmanlarının şərəfinə həsr olunmuş Xətai rayon açıq birinciliyi keçirilib.

Yenisabah.az xəbər verir ki, birinciliyin açılış mərasimində Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai Rayon İcra Hakimiyyətinin vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov, Azərbaycan Badminton Federasiyasının İdarə Heyətinin sədr müavinləri Aynur Səmədova və Emin Maqsudov, Federasiyanın İdarə Heyətinin üzvü Mirzə Orucov iştirak ediblər.

Birinciliyin nəticələrinə görə 260 nömrəli tam orta məktəbin komandası birinci yeri, 254 nömrəli tam orta məktəbin komandası ikinci yeri, 48 nömrəli tam orta məktəbin komandası üçüncü yeri tutublar. Qaliblər diplom, kubok və medallarla təltif olunublar. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!