Vətən müharibəsi şəhidi Eldar Əliyevin xatirə lövhəsinin açılışı oldu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Vətən müharibəsi şəhidi Eldar Əliyevin xatirə lövhəsinin açılışı oldu - Fotolar

Sosial

13 Oktyabr 2021 19:36 823


Oktyabrın 13-də Vətən müharibəsi şəhidi Əliyev Eldar Süleyman oğlunun anım günündə məzarı ziyarət olunub və xatirə lövhəsinin açılışı olub.

Yenisabah.az xəbər verir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə, AMEA-nın Neft Kimya prosesləri İnstitunun direktoru akademik Vaqif Abbasov, şəhidin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə  və Azərbaycanın Birinci vitse-prezidenti  Mehriban xanım  Əliyevaya  minnətdarlıqlarını bildiriblər.  pizza mizza

Şəhidin xatirə lövhəsinin yerləşdiyi küçədə və valideynlərinin yaşadığı evdə abadlıq və təmir  işləri aparılıb.

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!