Vətən müharibəsi şəhidi Kamran Hüseynov Nərimanov rayonunda anıldı

saytların hazırlanması

Evə çatdırılma

Vətən müharibəsi şəhidi Kamran Hüseynov Nərimanov rayonunda anıldı

Sosial

01 Oktyabr 2021 16:03 1110


Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızdan biri olan Kamran Hüseynovun bu gün anım günü qeyd olunub.

Yenisabah.az xəbər verir ki, Milli Məclisin sədr müavini Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayondan olan digər şəhid valideynləri şəhid Kamran Hüseynovun ailə üzvləri ilə birgə onun məzarını ziyarət edib, II Fəxri Xiyabanda dəfn olunan digər şəhid olmuş igid Vətən oğullarının da unudulmaz xatirəsi dərin ehtiramla yad olunub. 

Kamran Hüseynov 1996-cı il avqustun 14-də Bakı şəhərində anadan olmuş, 287 saylı Zəkalar Liseyində orta təhsil, Naxçıvan Müəllimlər İnstitutunda isə ali təhsil almışdır. 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətini keçən Kamran 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsi zamanı könüllü olaraq Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Kamran Hüseynov oktyabrın 1-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub.  Pepperoni pizza

Qeyd edək ki, şəhidin Vətən Müharibəsi zamanı göstərdiyi şücaət Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Eyni zamanda, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhid Kamran Hüseynovun adına ehsan verilib, şəhidin ruhuna dualar oxunub.

Şəhidin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!