“Vətən müharibəsində bizə bəxş etdiyi qələbəmizi  məhz gənclərimizə borcluyuq”

saytların hazırlanması

Evə çatdırılma

“Vətən müharibəsində bizə bəxş etdiyi qələbəmizi  məhz gənclərimizə borcluyuq”

Sosial

06 Aprel 2023 14:07 629


Azərbaycanda yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən inkişafı, hərtərəfli biliyə, geniş dünyagörüşünə, mənəviyyata və mədəni dəyərlərə yiyələnən şəxsiyyət kimi formalaşmaları, cəmiyyətimiz üçün layiqli vətəndaşlar kimi böyümələri daim diqqət mərkəzindədir.

Bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə Azərbaycanda gənc nəslin sağlam böyüməsi ilə yanaşı, həm də kamilləşməsi, zehni, intellektual inkişafı üçün geniş imkanlar yaradılır. Dövlətimiz bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə böyüməkdə olan gənc nəslin daha sağlam, fiziki cəhətdən güclü, mənən kamil, Vətənini və xalqını sevən gənclər kimi yetişməsinə nail olur.

Yenisabah.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov da açıqlamasında söyləyib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ümummilli liderimizin hakimiyyətə gəlişi nəticəsində respublika ərazisində yaranan ilk nazirlik 1994-cü il 26 iyun da təməli qoyulan Gənclər və İdman Nazirliyi olub: pizza hut

“Ümummilli liderimizin bu addımı gənclərə və idmana qarşı olan dəyərini özündə ehtiva edirdi. Liderimiz bu məsələlərə daim öz diqqət və qayğısını göstərib. Bunun nəticəsidir ki, 1996-cı il tarixində mənim də iştirak etdiyim “Respublika Gənclərinin II forumu” keçirildi. Bu çıxışda ümummilli liderimiz şəxsən özü də iştirak etmiş və 1 saatdan çox müddət ərzində gənclər qarşısında onların gələcəyinə dair fikirlər irəli sürərək çıxış etmişdi”. 

V. İskəndərovun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev çıxışında Azərbaycan gəncliyinin gələcək fəaliyyəti, həyat tərzi barədə iştirakçılara yetəri qədər məlumat ünvanlayıb:

“Prezidentin bu çıxışı bir növ gənclərimizdə gələcəyə dair baxışın formalaşmasında yardımçı vasitə rolunu oynadı. Məhz bunun nəticəsidir ki, gənclərimiz Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı ordumuzun tərkibinə qatılaraq, əsgər və zabit rolunda çıxış etmişlər. 44 günlük Vətən müharibəsinin bizlərə bəxş etdiyi şanlı qələbəmizi  məhz gənclərimizə borcluyuq.

Bu gün Azərbaycan yeganə ölkələrdən biridir ki, cənab Prezidentimiz respublika ərazisində, həmçinin, Milli Olimpiya Komitəsinin sədridir. Ölkə Prezidentinin iş qrafikinin çətinliyinə, mürəkkəbliyinə baxmayaraq, onun idman olimpiyasına rəhbərliyi, bu yolda atdığı addımlar rəmzi xarakter daşıyırdı. Bu məsələ, həmçinin, gənclərimizə, yeniyetmələrimizə bir mesaj xarakterini də daşıyıb. Bu mesajda idmanın insanların, dünyamızın ictimai-sosial həyatında çox vacib rol oynadığı qeydə alınmışdı”.

Millət vəkilinin fikrincə, bu gün demək olar ki, Azərbaycanın bütün bölgə mərkəzlərində Olimpiya İdman Kompleksləri inşa olunub:

“Bu binanın inşasının nəticəsidir ki, gənclərimiz, yeniyetmələrimiz idmanla bağlı bütün fəaliyyətlərini məhz həmin binada dəyərləndirir. Hazırda Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. Ölkə idmançılarımız Avropa, dünya üzrə Olimpiya oyunlarında özünəməxsus qələbələr əldə etməklə xalqımızı xeyli sevindirir, ölkəmizin şərəfli xarakter daşımasında yaxından rol oynayırlar. Eyni zamanda ölkəmiz beynəlxalq səviyyədə olan yarışmaların keçirilməsinə ev sahibliyi də edir. Ölkəmizdə keçirilən hər bir yarış bir başqa ölkəyə daim nümunə rolunu oynayır. Bunların hər biri bizim uğurumuzdur”.

Müsahibimiz vurğulayıb ki, Azərbaycan gəncliyi, xüsusilə, İkinci Qarabağ müharibəsində öz vətənpərvərliyini, şücaətini göstərdi:

“Bizlər isə bu qəhrəmanlıq sayəsində gənclərimizlə bağlı siyasətlərin 1990-cı ildən bu yana düzgün yol aldığının şahidi olduq. Vətən müharibəsində qələbə əldə etmiş gənclərimizin əksəriyyəti doğma Vətəni bəlkə də heç görməmişdi. Çünki onlar dünyaya gələn zaman həmin bölgələrimiz artıq işğal altında idi. Lakin onların vətənpərvərlik tərbiyəsi ilə daim dövlətimiz, qeyri-hökumət təşkilatları məşğul olub. Elə bunun nəticəsidir ki, biz şanlı qələbəmizi əldə etdik. Cənab Prezidentimiz də, öz növbəsində, qeyd etdi ki, biz bu şanlı qələbəmizi qəhrəmanlıq və şücaət göstərən gənclərimizə borcluyuq.

“Lakin söyləmək olmaz ki, müasir gənclik cəbhəsində hər şey qaydasındadır. Xeyr, hələ də gənclərimiz sırasında cinayətə, zərərli dini cərəyanlara meylli, radikal təmayüllərə yad yeniyetmələrimiz var. 

Biz son zamanlarda bu cür gənclərimizin say artımını belə müşahidə edirik. Bizlər isə, öz növbəsində, gənclərimizə daim diqqət və qayğı göstərməliyik. Çalışmalıyıq ki, müasir Azərbaycan gəncliyi həm sağlam, həm də vətənpərvər ruhunda böyüsün. 

Eyni zamanda onların təhsilli olması olduqca vacibdir. Çünki Azərbaycanın gələcəyi onun gəncləridir. Gələcəyimiz onlara əmanət olunduğu üçün onlara daim əsl vətəndaş kimi yetişməsində öz yardımımızı göstərməli, onlarda öz növbəsində əməlləri ilə cəmiyyətimizə töhfələr verməlidir. Onlar çalışmalıdır ki, müstəqil, suveren ruhlu azad cəmiyyətimizi gələcək nəsillərə şərəfli şəkildə ötürsünlər”, – yekunlaşdırıb.

Həcər ƏMİRASLANLI

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!