Vətən müharibəsindən sağ qayıtdı, xərçəng olduğu aşkarlandı: Qazimizin köməyə ehtiyacı var - Video

saytların hazırlanması

Evə çatdırılma

Vətən müharibəsindən sağ qayıtdı, xərçəng olduğu aşkarlandı: Qazimizin köməyə ehtiyacı var - Video

Sosial

09 Oktyabr 2021 22:57 1302


44 günlük Vətən müharibəsinə könüllü olaraq yollanan İlqar Məmişov Xocavənd uğrunda gedən döyüşlərdə ciddi xəsarət alıb.

Baku TV-yə açıqlama verən qazi şiddətli döyüşlərdən və döyüş yoldaşlarından danışsa da, yaralanmağından danışmaq istəməyib.

Dəhşətli partlayışdan sağ çıxan qazi hazırda xərçəngdən əziyyət çəkir və xəstəliyinin fəsadlarının gün keçdikcə artdığını deyir. Pepperoni pizza

İlqar Məmişov qeyd edib ki, oktyabrın 14-də müayinə üçün Türkiyənin paytaxtı Ankaraya getməlidir.

Sosial durumu qənaətbəxş olmayan Vətən müharibəsi qazisinin müalicə üçün maddi dəstəyə ehtiyacı var.

Türkiyədə yoxlanışdan sonra həkimlər ikinci qrup əlil olan qazimizin müalicəsi üçün tələb olunan vəsaitin qədərini açıqlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!