Vətən müharibəsinin rəssam qazisi gözündən əməliyyat ediləcək - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Vətən müharibəsinin rəssam qazisi gözündən əməliyyat ediləcək - Fotolar

Sosial

06 Mart 2021 22:45 714


Vətən müharibəsinin daha bir qazisi Nərimanlı Sarxan Füzuli oğlu əməliyyat olunacaq.

Yenisabah.az xəbər verir ki, müharibədə bir gözünü itirmiş qazi İsraildən gələn həkimlər tərəfindən artıq bir dəfə əməliyyat olunub. İkinci əməliyyatda ona süni göz qoyulacaq.

Özünü yaxşı hiss edən qazimizin üzərində kosmetik, plastik əməliyyat işləri görülür. Toyuqlu pizza

Onu da qeyd edək edək ki, rəssamlıq istedadı olan Sarxan həqiqi hərbi xidmətinin 9-cu ayında Vətən müharibəsində iştirak edib. Qubadlı, Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda gedən ağır döyüşlərdə iştirak edib.

Oktyabrın 26-da Cəbrayıl uğurunda gedən döyüşdə mərmi qəlpələri onu ağır yaralayıb.

Biləsuvar rayonunun İsmətli kəndindən olan 19 yaşlı gəncimiz “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub.

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!