30 Sentyabr - 00:16
Vətəndaşların 58 min manat pulunu “yeyən“ dələduz həbs olundu

Vətəndaşların 58 min manat pulunu “yeyən“ dələduz həbs olundu

Sosial

01 Avqust 2022 17:26 708


Bakıda dələduzluqda təqsirləndirilən Mikayıl Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Yenisabah.az report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.

M.Abdullayev vətəndaşın etibarından istifadə edərək Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən torpaq sahələrinə dair çıxarış alınması üçün sənədlərin düzəldilməsi adı ilə ümumilikdə 46 min 500 manat pulunu ələ keçirib.

O digər bir şəxsə isə torpağa çıxarış təşkil edəcəyi adı ilə ondan 12 min manat pul alıb.

M.Abdullayevə qarşı Cinayət Məcəlləsinin dələduzluq, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddələri ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!