Vətəndaşların NƏZƏRİNƏ! ƏDV-ləri geri alarkən diqqətli olun

saytların hazırlanması

Evə çatdırılma

Vətəndaşların NƏZƏRİNƏ! ƏDV-ləri geri alarkən diqqətli olun

Sosial

17 Noyabr 2023 12:34 1853


Sosial şəbəkələrdə “ƏDV GERİ AL” prosesi saxtalaşdırılıb. Bununla bağlı məlumatlar müxtəlif müzakirə qruplarında paylaşılıb. Belə ki, vətəndaşları aldatmaq üçün saxta “www.edv-geri.com” saytı yaradılıb.

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı Elektron Təhlükəsizlik Xidmətindən (ETX) Oxu.Az-a faktı təsdiq ediblər.

ETX-dən bildirilib ki, kiberdələduzlar tərəfindən “www.edv-geri.com” adı altında saxta veb-sayt yaradılıb: pizza hut

“Veb-sayt vasitəsilə vətəndaşlardan ilk növbədə FİN-kodlarını, daha sonra isə yığılan ƏDV-lərin bank kartına köçürülməsi üçün kart məlumatlarını daxil etmək tələb olunur. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-saytlara etimad göstərməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi tövsiyə edir”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!