“Veteran pulu” 160 manata qaldırılır – Milli Məclis

saytların hazırlanması

Evə çatdırılma

“Veteran pulu” 160 manata qaldırılır – Milli Məclis

Sosial

15 Aprel 2025 14:57 65565


Prezident İlham Əliyevin 23 dekabr 2004-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncamının bir hissəsi hələ də icra olunmayıb. Prezident, müavinət və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə 3 ay ərzində təkliflər hazırlayıb təqdim etməyi tapşırmışdı. Amma bu tarixdən bir aya yaxın vaxt keçib, hələ də müvafiq qərar qəbul edilməyib.

Yaxın günlərdə təqaüdlər və müavinətlərin artırılması ilə bağlı addımlar atıla bilərmi?

Milli Məclisin deputatı, iqtisadçı alim Əli Məsimli “AzPolitika”ya açıqlamasında bildirib ki, sözügedən sərəncamda yalnız minimum əməkhaqqı və pensiya deyil, həmçinin sosial müavinətlərin və təqaüdlərin də artırılması nəzərdə tutulub. pizza

Onun sözlərinə görə, həmin sərəncamda Nazirlər Kabinetinə 3 ay müddətində, yəni ən geci martın 23-dək sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərini Azərbaycan Prezidentinə təqdim etməsi tapşırılmışdı: “Məsələyə həmin sərəncamın minimum əməkhaqqı və minimum pensiya ilə bağlı hissələrinin vaxtında reallaşdırılması məntiqindən yanaşsaq, sosial müavinətlərin və təqaüdlərin artırılması məsələsi aprel ayında yekunlaşdırılmalıdır. Əgər bu ay reallaşdırılmasa, onda növbəti aylara qalacaq və konkret nə vaxt reallaşacağını söyləmək çətindir.

Məlumdur ki, 2019-cu ildən müharibə veteranlarımıza kommunal xərclərin ödənilməsi məqsədilə “veteran pulu” deyilən 80 manatlıq müavinət verilir. 2019-cu ildən bu yana həmin xərclər xeyli artıb. Əgər kommunal xərclər artıbsa, həmin müavinətin də müvafiq nisbətdə artırılması məntiqə uyğundur. Ona görə də hələ keçən ilin yayında biz bu məsələlər ətrafında Milli Məclisdə çıxış edərkən “veteran pulu” adlandırılan, müharibə veteranlarına verilən xüsusi Prezident təqaüdünün azı 2 dəfə artırılıb 80 manatdan 160 manata çatdırılmasını təklif etmişdik.”

Ə. Məsimli xatırladır ki, hazırda “qocalıq pensiyası” adlandırılan yaşa görə müavinət 220 manatdır.

Millət vəkili vurğulayıb ki, bu məbləğ 2025-ci ildən tətbiq olunan minimum pensiya göstəricisindən 100 manat və ya 45 faiz, ölkə üzrə yaşayış minimumundan isə 65 manat və ya 30 faiz azdır: “Biz Milli Məclisdə bu barədə çıxış edərkən yaşa görə müavinət alanların ağır vəziyyətini nəzərə alaraq, həmin məbləğin yaşayış minimumu ilə əlaqəli şəkildə artırılmasını təklif etmişdik. Məsələn, bu il üçün yaşa görə müavinət ölkə üzrə yaşayış minimumu kimi müəyyən edilən 285 manatdan aşağı olmasın. Amma sözügedən müavinətlərin dediyimiz nisbətdə artacağı barədə əminliklə fikir yürütmək çətindir və hər birinin nə qədər artacağını yalnız sənəd ortaya çıxdıqda biləcəyik.”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • raul
    Allah sizə bildiyi kimi cəza versin..
    4 months ago
  • Gnl
    Bəsdir! Ayıbdir! Bu başlıqlarla insanları aldatmayın!
    1 year ago
  • Cavid
    Yalansa gözünüzə 160 dənə güllə dəysin
    1 year ago
  • Simurg
    Mən inanmıram o qədər vəədlər verilib edilməyib ki, 80 manat nə puldur ki, onu artırmırlar. Ama milyonlar xərclənir. Nəysə mənim o zülmətli bombardımanlı gecədə keçirdiyim dəqiqələrə, saatlara, günlərə, aylara heyif.
    1 year ago
  • Elvin
    Cənab pirizdentin hərbiçilərin maaşının 10% qaldırdığı pulu yanvardan hələdə vermirlər nə danışırsız boş boş
    1 year ago
  • Elvun
    Elə başlığ qoymusuz ki, adam elə bilir bu aydan 160 Azn alacağıq
    1 year ago
  • Elnur
    Inanmiram
    1 year ago
  • Xeyal
    @Elməddim
    1 year ago
  • Salman
    Olsa pis olmaz yegin ki ))
    1 year ago
  • Vüqar
    Vallah bunlar xalqı ələ salıb,məzələnirlər.Neçə.aylardı ki,deyirlər təqaüdlər,sosial müavinətlər,əlillərin təqaüdləri artacaq,indidə deyirlər ki,apreldə artmasa,qaldı başqa aylara artımın olması.
    1 year ago
  • Elməddin
    Bu yazının başlığını qoyan qeyrətli vətən oğlu kimdir? Ayıbdır vallah bu qədər abirsizliq olmaz. Qoşulubsunuz vüqar bayramova olubsuz onun tayı. Sizə kim ixtiyar verinki veteranlarla məzələnəsiniz. Hansı saytı açırsan 1 aydır eyni başlıq içində isə vüqarın çərənləməsindən başqa heçnə yoxdur. Ayıb olsun bütün rəhbərliyinizə və redaktorunuza. Haram olsun haqqımız hər birinizə.
    1 year ago