“Veteran pulu” nə qədər artırılacaq? - Mühüm AÇIQLAMA 

saytların hazırlanması

Evə çatdırılma

“Veteran pulu” nə qədər artırılacaq? - Mühüm AÇIQLAMA 

Sosial

17 Noyabr 2023 18:20 23036


Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov çıxış edib. 

O bildirib ki, müharibə veteranlarına təqaüdün məbləğinin artırılması məsələləri müzakirə olunacaq. 

Qeyd edək ki, 2019-cu ildə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilib və onun aylıq məbləği 80 manat müəyyən olunub. Bu həftə parlamentdə büdcə müzakirələri zamanı vəsaitin artırılması barədə təkliflər səsləndirilib. pizza sifarişi

Bəs vəsait nə qədər artırıla bilər?

Məsələ ilə bağlı Modern.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinə sorğu ünvanlayıb. Fondun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sorğumuzu cavablandırıb.

"Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun çıxışında bildirdiyi kimi, müharibə veteranlarının təqaüdünün artırılması məsələsi müzakirə olunacaq. Müzakirələr yekunlaşdıqdan sonra məbləğin nə qədər artacağı ilə bağlı məlumat veriləcək",- Rəşad Mehdili vurğulayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlamasında veteranların təqaüdünün artırılmasını vacib hesab etdiyini bildirib:

“Bu məsələ çox ciddi qaldırılıb. Himalay müəllim bildirdi ki, məsələyə baxıla bilər. Maliyyə naziri də bu məsələyə baxılmalı olduğunu deyib. Onu nəyəsə bağlamalıdırlar. Bəziləri deyir ki, veteranların təqaüdü yaşayış minimumuna gəlib çıxmalıdır. Məncə, öncədən bir rəqəm demək düzgün deyil. Bu məsələ şəraitdən və imkandan asılıdır.. Dövlət büdcəsinin hesabından, gəlirlərindən də çox şey asılıdır”.

Qarabağ qazisi Rey Kərimoğlu isə müharibə veteranlarının təqaüdlərinin minimum istehlak səbəti həddinə çatdırılmalı olduğunu düşünür:

"Veteranların təqaüdünün artırılması bütün müharibə iştirakçılarının gözlədiyi bir məsələdir. Amma təəssüf ki, hələ də onlara verilən 80 manat təqaüd artırılmayıb. Konkret rəqəm deyə bilmərəm, amma ümid edirik ki, bu məbləğ minimum istehlak zənbili həddinə çatdırılacaq. "Qarabağ qaziləri" birliyi təklif edir ki, yaralı veteranların təqaüdü digərlərinə nisbətdə 3 dəfə artıq olsun. Məsələn, hazırda veteranların təqaüdü 80 manatdır, yaralı veteranlara isə 240 manat verilsin. Yaralı veteran deyəndə, yaralanıb, amma müharibə əlilliyi dərəcəsi almayan şəxsləri nəzərdə tuturam. Dövlət Şəhid ailələrinə, müharibə əlilləri ilə bağlı çox böyük işlər görür.

Onu da xüsusi ilə qeyd edim ki, bu təbəqədən olan insanlar daim cənab Prezidentimiz İlham Əliyevin və vitse-prezidentimiz Mehriban xanımın diqqətindədir". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vetran
    5 yo 10 ilde muzakere eleseler artirmiycaxlar artirsalarda 20 30 mata ancax bizim daşimiz axirdi olara gerey şehid olurdux sora verilirdi
    1 year ago
  • Nicat Abdullayev
    Veteran o deməkdir ki döyüşü tamamlayıb sona qədər niyə və nəyə görə 80 manat səbəb nədir ki belə 1992 cildə döyüşdə olmayanlar şəkər xəstələri veteran pulu alirlar 1000 manata yaxın amma mən də olmuşam 44 gunlukədə Şuşa Laçın yolu uğrunda döyüşmüşəm canım üzülüb niyə 80 manat 80 yox 500 manat olmalıdır
    1 year ago
  • Yaşad
    Yarali vetran bə ya yarali olmayan vetran niye ayi seckili edirsiz putun veteranların pulu qalxmalidi hamsi eziyet cekib can qoyublar hamsini pulu qalxisn hec olmiya 300 manat olsun
    1 year ago
  • Terlan
    Salam 80 manat qalğmıyacaqsa işlə təmin edin Xayiş 80 komnalı görmür hec
    1 year ago
  • Xeyal
    Birce bunu bildim ki , döyüşdən sağ qayıdanda hörmət olmur . Gerek şəhid olardıg ki biz vetranlara aparıb pul verərdiz hə ? Yaralanmamişiq deyə duşmur hə nəbilim vallah . Sadəcə təsüf eliyrem. Mən həqiqətən inanmazdım ki belə edəllər . Bu qədər dəyərsiz bileller bizi amma elə bildilər .80 manat müzakirəsi 5 ildi gedir uje )) gör ne gundeyikki 80 manatı artırmaq bunlara ağır geldi .
    2 years ago
  • Xeyal
    Sadəcə utanıram bu ölkədə dünyaya göz açdığım üçün. Dövlət biz vetranlara bir qram dəyər vermədi. 80 manat nədi axı onu qaldırmadılar. Həqiqətən utanc verici bir şeydi. Təsəvvür eləyin məktəb oxuyanlar vetranlardan çox pul alır )) bu ne deməkdi bu necə haqq ədalətdir axı ?? Prezident bunu görür ve bilir sadəcə vetranlara kömək eləmir . Büdcəden pul ayırıb qazilere vetranlara ev verilməlidi kömək olunmalıdı amma hanı?
    2 years ago
  • Namelum
    Bu boyda yorumlari oxudum birce weyi bawa duwun ki imam zaman agaya bu dunyada edaletsiz gorub ta o dovurden gore gore gelibler imam zaman aga kimi insan haq edalet olmuyibsa bizler kimki
    2 years ago
  • sahib
    salam men şamiyev sahib aqabey oqlu mende 44gunluk muharbe vetranyam susada yarlnmsam ama elilymi almamsm yarlnmaqa gore subtmda var ama qosptala dusmemsem doysmi devam edrmsem hal hazrda kirayede qalram evim yoxdu iki korpe boyudrem usaqlrm mene deyrki ata evmiz havax olcaq ama men hecne deymrem aldqim 80mantda kirayeme verem vetranqi alndan men hele o pldan balama hecne almamsam kiraeeye gedr kredit borcmda var dovlet yardm etse hec olmasa imkani zeif olan vetranlara ev verlse yaxsi olar
    2 years ago
  • Aysun
    Salam mən Qarabağ veteranının qızıyam . Atam 80 manatla necə dolansın? Qocalıb xəsdədir oğlu da yoxdur işləyə bilmir anam da ev qadınıdı 2 pencər əkib necə dolandırabilər evi yaxşı deyək komunalı ödədi 80 ₼ la bəs yeməkləri? Dərmanları? Xəsdəxana xərcləri?
    2 years ago
  • Mirnurlan
    Salam men Mustafayev mirnurlan Rasim oglu 44 günlük veren muharbesinde yaralandı ve elliyimi ala bilmirem ve 80 manat teqaut aliram oda kamlar xecleri Ödemir
    2 years ago
  • Emin
    Niye 80 manat yaralanmadig deye duwmur.bize kim.orda dayana bilerdi o dehwetde niye bu veten ovladlarina baxmirsiz bir wey.olan kimi deyirsiz vetene borcunuzdu bizim.var sizin yoxdumu mene iki defe cerime.yaziblar 80 manat nedi siz bize baxmirsiz niye axi yaralanmaliydigki.siz bize baxasiz a kiwi bir wey olsa yene bizi aparasizda siz niye bu veten oglanlarina baxmirsiz nazir daniwir aya 3min bes olmur hele kredit alirig bu yazig kasib 80 manatla nece dolansin aya 3 min hara 80 manat hara allahdan qorxun e allahdan allah sizin kimilerinden qorusun bizi qan icenler
    2 years ago
  • Suleyman
    Hem 2016da aprel hemde 44gunluk doyuslerde istirak etmisem 80manatin ustune 120manat qoyub kiraye verirem
    2 years ago
  • Rovsen
    Herkese allahin salami olsun. Men de 2ci qarabag muharibesi istirakcisiyam. Esgerliye gedende planlarim vardi ki sag salamat qayidib ise girecem. Gedende agillisan deyib yola saldilar. Indi ise girmey isdiyirem delisen deyib qovurlar. Budu ala qoydugunuz qiymet buna gore doyusdum ki indide deli deyesiz
    2 years ago
  • İslam
    Mən qarabag veteraniyam . Kiraye qaldigim evin 1 ildir pulun ödəyə bilmirem.atam anam xesdedir atamda qarabag veteranidir. İkimize verilen 80 manat heç dermenlar ve kamunal xerclere çatmır .qaldıkı yemeyimiz. Sagolsun azerbaycan respublikasinin xeyirxah insanlari .bizim haqqimiz nedirse onu isdiyirik başqa heçne .
    2 years ago
  • Vüqar
    80 manat karta vurulan kimidə yox olur.3 uşaq atasıyam,qızım akademiyada pulluda oxuyur.Allahdan yarı ödəniş də almırlar tam alırlar.Ölməmişik yaralanmamışıq deyə hörmət qoyulmayacaq?4 il can qoymuşam Qarabağda.80 manat nədirki?
    2 years ago
  • İlqar
    Salam mən 1ci qarabağ müharbəsində iştiraq etmişəm və aldığım vetran pulu 80 manatdı bu nece ədalətsiz dünyadı axı men bu pula nece ailəmi saxlıyım nece ailəmi dolandırm çox xahiş bu 2024-cü ilde bu pulu qaldırın artığ Xahiş edirəm?
    2 years ago
  • Yaqub
    Mən Özüm 44 günlük müharibə iştirakçısıyam işsizəm 80 AZN alıram ama verilən bu 80 azn heç komunal haqlarını ödəmir xaiş edirəm 80 AZN elə edinki heç olmasa kominallari ödəyə bilək
    2 years ago
  • Tural
    Mən özüm yaralıyam heç bir yerdə işləmirəm necə edim bəs 80 manat çox azdır indiki vaxtda 80 manat nədiki nəylə dolansın bəs bu sağlamlığını itirənlər heçbir yerdə işləmirəm
    2 years ago
  • Emil
    Məncə ayrı-seçkilik olmasın döyüşən onsuzda xaricdən yara görməsədə daxildən yaralıdı oranın həyəcanı təşvişi bəs edir və qarşılığını "80 azn" ödəmir yarsını elə kredit götürür yarsıda kommunal...
    2 years ago
  • Elşad Məmmədzadə
    İnşAllah qalxar görek ama ne vaxt.
    2 years ago
  • Pərvin
    Heç mənim özümə gəlib çatmır o pul Kapital bank və Beynəlxalq bank məndən icazəsiz mənim əziyyətlə gedib can qoyduğum və onun əvəzində mənə verilən pula göz dikib hamısın tuturlar buda Bizim veteranlara qoyulan hörmət
    2 years ago
  • ilqar
    Yarali veteran,yarasız veteran? Çox yanlış bir təklifdir!!! Ayrı seçkilik qoyulmamalıdır bu qərarda!!! Şəxsən mən də yararlana və ya ölə bilərdim!! Allah saxlayıbsa,mənim nə günahım var?
    2 years ago
  • Ceyhun
    Salam. İnanınki 80 manat heç mənim komunalımı ödəmir. Çox xaiş edirik veteran pulunu artırın
    2 years ago
  • Şəmsəddin
    Veteranın yaralısı, sağlamı olmur.Bu nə axmaq təklifdir.Döyüşdə risk hamı üçün eynidir. Ola bilər bir gün döyüşdə olub yaralanasan, ola bilər bütün müharibə ərzində heç nə olmasın. Allah qorusun.
    3 years ago
  • Şəmsəddin
    Bu nə axmaq təklifdir, veteranları yaralı olub-olmamasına görə bölmək. Onların günahı nədir ki, qəhrəmanlıq,igidlik göstərməsinə baxmayaraq, Allah onları qoruyub. Belə təkliflər ancaq bizdən çıxar.
    3 years ago