Vəzifədən azad olunan gömrük rəisi belə yola salındı - Video

saytların hazırlanması

Evə çatdırılma

Vəzifədən azad olunan gömrük rəisi belə yola salındı - Video

Sosial

25 Avqust 2022 09:21 37297


Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərli tutduğu vəzifədən azad olunub.

“Yeni Sabah” xəbər verir ki, o ötən gün kollektivlə vidalaşıb. Gununsesi.info gömrük rəisinin çalışdığı qurumu tərk etməsinin görüntülərini yayıb. 

Bildirək ki, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Pərviz Kəngərli vəzifədən azad edilib. Bu barədə DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov əmr imzalayıb. Sezar pizza

Şahin Bağırovun digər əmri ilə, idarənin rəis vəzifəsinin icrası  Bakı Baş Gömrük İdarəsini rəisinin 1-ci müavini Faiq Seyidova həvalə edilib. 

Qeyd edək ki,  P. Kəngərli daha əvvəl Hava Nəqliyyatında Baş Gömrük İdarəsində maliyyə şöbəsinə rəhbərlik edib. O, sabiq Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmri ilə, Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!