Vəzifəli şəxsin sürücüsünün meyiti tapıldı 

saytların hazırlanması

Evə çatdırılma

Vəzifəli şəxsin sürücüsünün meyiti tapıldı 

Sosial

03 Aprel 2023 13:58 850


Salyanda Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin yerli şöbə rəisinin sürücüsünün evdə meyiti aşkarlanıb. 

Yenisabah.az “Report”a istinadən xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb. 

Belə ki, şəhər sakini 1969-cu il təvəllüdlü Çingiz Əlipaşa oğlu Qədirovun meyiti yaşadığı evdə tapılıb.  pizza mizza

İlkin məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbə rəisinin sürücüsü olan Ç.Qədirova iş yerindən dəfələrlə zəng vurulmasına baxmayaraq, cavab verməyib. Bu gün evə baxış keçirilən zaman onun meyiti yaşadığı evdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!