Meyxanaçı Ağamirzə Məmmədov və söz ustadı Ağakərim Novruzovun oğlu Kamil bəzi meyxanaçıları tənqid edib.
Yenisabah.az Olay-a istinadla əbər verir ki, onlar bu barədə "Xəzər axşamı" verilişində danışıblar.
Cütülük bildirib ki, uzun müddət səhhətində problem olan Ağakərimlə az adam maraqlanır: Marqarita pizza
"Dostlar demə, ürəyim ağrıyır. Orada-burada danışırlar ki, getdik, xəbər tutduq. Yalandır. 10-12 uşaq var, maraqlanırlar.
40 gündür meyxanaçı Xəyyam üçün dad edirəm. Mehman Əhmədi, Namiq Qaraçuxurlu Xəyyamla çox maraqlanır. Amma özü dəstək istəmir. Özümüz kart açmışıq. Bir adam soruşmadı ki, kart kimdədir, hara göndərərk. Lakin öləndən sonra söhbətlər gedəcək ki, onun üçün nələr etmişdim.
Vicdanım haqqı, dost yoxdur. Bir dostum var, bir mən, bir də Allah. Dediyimi, haçansa dərk edəcəksiz. Gecə qardaşıma deyə bilmirəm ki, ağrıyıram. Amma Allaha deyirəm".
Kamil isə bildirib ki, atası ilə maraqlandığını deyənlərin çoxu yalan danışır:
"Sizin verilişə gələnlərdən biri olub ki, deyib, Kamillə danışmışam, Kərimə dəymişəm. Amma soruşsaz, Kamilin nömrəsini bilmir".
Telegram kanalımız