“Hər bir işçi hüquq mühafizə orqanlarında kadr potensialı plana uyğun doldurulur, təşkil olunur. Bu açıqlaması olan sual deyil. Biz onu necə açıqlayaq?!”.
Bunu “Yeni Sabah”a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti şöbəsinin baş məsləhətçisi Pərviz Aslanov deyib. O, FHN-də intim videolara görə vəzifəsindən uzaqlaşdırılan şəxslərin yetinə təyinat olub-olmaması haqda suala cavab olaraq deyib:
“Kadr götürmək ifadəsi düzgün deyil. Kiminsə yeri deyə bir şey yoxdur. Mən hansısa vəzifədə çalışıramsa, bu, mənim yerim deyil. Əmək Məcəlləsində aktına uyğun olaraq kadr işə götürülür və işdən çıxarılır. Yəni Əmək Məcəlləsində necə göstərilibsə, ona uyğun da davranış olur. Marqarita pizza
Bu sualı cavablandırmaq olmaz. FHN hərbiləşdirilmiş qurumdur. Hərbiləşdirilmiş qurumun dövlətin qanunvericilik aktlarına uyğun olaraq müəyyən informasiya təhlükəsizliyi var. Bura həmçinin, kadr islahatlarıyla bağlı olan informasiya təhlükəsizliyi də daxildir. Kadr təyinatları müvafiq məcəlləyə uyğun aparılır”.
Pərviz Aslanov FHN-çı olmaq istəyənlərin müraciət prosedurasına da toxunub:
“Ehtiyac olduqda ya vakansiya elan olunur, ya da FHN akademiyasında mütəxəssislər hazırlanır və bizə ötürülür. Kadrların hansı meyarlarla götürülməsini isə deyə bilmərik. Bu, məxfi məsələdir. Hələ ki, vakansiya yoxdur. Deməli, ehtiyac olmadığından vakansiya verilməyib”.
Pərviz Aslanov fikirlərinə bu cür davam edib:
“İctimai maraq kəsb edən məlumatlarda dövlətə və dövlətçiliyimizə xələl gətirən informasiyalarda dövləti önə tutmaq vacibdir. Qanunda da müəyyən olunmuş qaydalara görə, informasiya toplamaq və yaymaq hüququmuz var. Bizə lazım olan dövlətdir. Dövlət bizim başımızın üzərində olan damımızdır. Mən 3 il “Salam, əsgər!” verilişində aparıcı olmuşam. Elə məlumat var idi ki, ictimai rezonans doğursa da, biz onu dövlətin nüfuzunu zədələyəcəyinə görə yayımlamırdıq.
Sağ olsun, sosial media! Videoları yaymaqla nüfuzumuzu kifayət qədər yüksəldib. İndi də misal yeri edib...”
O, sonda fikirlərinə bu cür yekunlaşdırıb:
“44 günlük müharibədə iştirak etdim. İkinci Qarabağ Müharibəsi veteranıyam. Müddətdən artıq hərbi xidmətdə olanlardan (MAXE) şəhid olanlar oldu. Onların yerinə adam götürülüb, götürülməyəcəyinə dair informasiya vermirdilər. İlk 6 gündə 700-ə qədər şəhidimiz oldu. Füzulidə əməliyyatlarda isə artıq 1700-ə qədər şəhid var idi. İndi təsəvvür edin, bir jurnalist soruşur ki, həmin 1700 adamın yerinə kadr götürürmüsünüzmü? Savaşdır, yaralı yerimizdir deyə misal çəkirəm. Müqayisəni burayla eləmirəm. Hərbiləşdirilmiş qurumda kadr məsələsi də belədir, bilmək olmur. Güc strukturları, hərbiləşdirilmiş qurumlarda kadr islahatları gizlidir”.
İmamət İSMAYILOVA
Telegram kanalımız