Vilayət Eyvazov: “Həmin üç nəfər və 40 min avro...”

Vilayət Eyvazov: “Həmin üç nəfər və 40 min avro...”

Siyasət Veb saytların hazırlanması

02 Dekabr 2023 08:21 23579


Noyabrın 30-da Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsinə məktub göndərib.

Komitənin saytındakı  məlumatda deyilir ki, Eyvazov elektron poçtla bildirib ki, Həsənli, Vaqifqızı və Kekalova qarşı ittihamların onların işilə əlaqəli olması barədə  iddialar "tamamilə əsassızdır".

Eyvazov bildirib ki, həmin üç nəfər "gömrük nəzarətindən kənarda və ya gizli və bəyannamə olmadan" Azərbaycanın dövlət sərhədindən "böyük miqdarda xarici valyuta" keçiriblər və “Abzas Media”nın ofisində tapılan 40 000 avro qaçaqmalçılıqla keçirilən valyutanın "bir hissəsi" olub. /Turan.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!