Vilayət Eyvazov Usubovun oğlunun yerinə onu təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Vilayət Eyvazov Usubovun oğlunun yerinə onu təyin etdi

Sosial

10 Fevral 2020 10:14 5782


Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov sələfi Ramil Usubovun oğlunun yerinə təyinat həyata keçirib.

"Yeni Sabah" bildirir ki, nazirin əmri ilə Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış idarəsinin rəisi Heydərov Arzu Afət oğlu vəzifəsindən azad olunaraq Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəis müavini təyin edilib.

DİN Mətbuat Xidməti “Qafqazinfo”ya məlumatı təsdiqləyib. pizza

Qeyd edək ki, bundan öncə DİN BCA-nın rəis müavini Raul Usubov idi. O, 2019-cu ilin dekabr ayında Qaradağ rayon Polis İdarəsinin Mühafizə İdarəsinə rəis təyin edilib. Raul Usubov sabiq Daxili İşlər naziri Ramil Usubovun oğludur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!