Vilyam Hacıyevin qayınatası erməni olub?

saytların hazırlanması

Evə çatdırılma

Vilyam Hacıyevin qayınatası erməni olub?

Siyasət

28 May 2022 08:26 9274


İmişli rayonunun keçmiş icra başçısı, hazırda məhkəmə prosesi gedən Vilyam Hacıyevin evindən və iş otağından çıxan 6 milyon manatdan çox pulun həyat yoldaşının babasından miras qalması haqda dedikləri onun ailəsinin milliyyəti haqda məsələni gündəmə gətirib.

Bu iddia ilə bağlı ötən gün “Yeni Sabah”a açıqlama verən Vilyam Hacıyevin əmisi oğlu Hafiz Hacıyev də maraqlı adlar çəkib.

O, Vilyamın həyat yoldaşı Cülyettanın babalarının adını çəkərək deyib: “Məndə elə bir məlumat yoxdur ki, Vilyam Hacıyevin arvadının dədəsi Akop kişidən və ya Levon kişidən onlara nəsə qalıb”.

Akop və Levon erməni etnosuna aid adlardır. 

Bundan əlavə keçmiş icra başçısının həyat yoldaşının erməni mənşəli olması haqda bundan əvvəl də mediada dəfələrlə məlumat yayılıb.

Məsələn, Bizimyol.info saytı bir neçə il əvvəl Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta Hacıyevanın erməni əsilli olması haqda məlumat tirajlamışdı. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!