Vinisius sevgilisindən ayrıldı

saytların hazırlanması

Evə çatdırılma

Vinisius sevgilisindən ayrıldı

İdman

17 Oktyabr 2026 11:11 70


"Real Madrid"in braziliyalı ulduz futbolçusu Vinisius Junior ilə məşhur blogger və iş qadını Virciniya Fonseka arasındakı səs-küylü sevgiyə növbəti dəfə nöqtə qoyulub.

“Yeni Sabah” xəbər verir ki, oktyabrın 11-də münasibətlərinə rəsmən son qoyduqlarını təsdiqləyən cütlük, təkrar barışıqdan və üzük taxdıqdan cəmi bir ay sonra yollarını ayırmaq qərarına gəliblər.

Ayrılıq barədə ünvanlanan suallara cavab verən Virginia Fonseka səmimi açıqlaması ilə diqqət çəkib: “İndi özümü rahat hiss edirəm!” pizza hut

Məlumata görə, tərəflər arasında hər hansı münaqişə və ya dava baş verməyib, sadəcə cütlük olaraq yollarına davam etməmək barədə ortaq qərara gəliblər. Solteyn qaldıqdan sonra sosial media fəaliyyətini yenidən artıran Virginia, münasibət dövründə daha qapalı həyat tərzi sürməyə çalışsa da, bunun onun xarakterinə uyğun gəlmədiyini də bildirib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!