Vitse-spiker erməni deputatı təhqir etdi:   “Səfeh!”

saytların hazırlanması

Evə çatdırılma

Vitse-spiker erməni deputatı təhqir etdi: “Səfeh!”

Rəsmi

03 İyun 2021 12:38 1122


Hakim "Mənim Addımım" blokundan olan Ermənistan parlamenti sədrinin müavini Lena Nazaryan müstəqil millət vəkili Taquhi Tovmasyanı "səfeh" adlandırıb.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, iclas zamanı Tovmasyan Qarabağda ölən hərbçilərin cəsədlərinin düzgün saxlanılmaması ilə bağlı qalmaqala toxunub və səhiyyə nazirini tənqid edib.

Millət vəkili xüsusilə qeyd edib ki, ölən hərbçilərə belə bir münasibət ucbatından indi heç kim həyatını və sağlamlığını Ermənistan uğrunda qurban vermək istəmir.

“Bu cəsədlər şərəfimizdir, amma siz cəsədlərə ləyaqətsiz münasibət göstərirsiz”, – deyə Tovmasyan səhiyyə nazirini hədəfə alıb.

Millət vəkili çıxışını yekunlaşdıran kimi Lena Nazaryan sakitcə mırıldanıb: "Səfeh!"

Həmin anda o, mikrofonu bağlamağı unudub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!