“Volt Azərbaycan“dan AQTA-ya cavab: Fəaliyyətimiz davam edir

saytların hazırlanması

Evə çatdırılma

“Volt Azərbaycan“dan AQTA-ya cavab: Fəaliyyətimiz davam edir

Sosial

15 Avqust 2023 17:56 595


"Volt Azərbaycan" MMC Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) iddialarına cavab verib.

Yenisabah.az "APA-Economics"ə istinadla xəbər verir ki, bu barədə "Volt Azərbaycan" MMC məlumat yayıb.

“Dünən gün ərzində yayılmış xəbərlər ilə bağlı bildiririk ki, Wolt şirkəti öz fəaliyyətini davam etdirir. Tətbiqimiz aktivdir və müştərilər öz sifarişlərini həmişəki qaydada yerləşdirə bilərlər. AQTA tərəfindən irəli sürülən iddialara gəldikdə isə, Wolt öz fəaliyyətini heç bir qanun pozuntusu olmadan həyata keçirir və bu məhkəmənin qüvvəyə minmiş qərarı ilə təsdiqlənib. Marqarita pizza

AQTA tərəfindən VOLT AZƏRBAYCAN MMC-nin fəaliyyətində pozuntuların aşkar edilməsi barədə yayılan məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Təəssüflər olsun ki, AQTA şirkətimizə təzyiq göstərmək üçün nüfuzumuza xələl gətirən natamam və həqiqətə uyğun olmayan məlumatların sosial şəbəkələrdə yayılması yolunu seçib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!