Vüqar Əhmədov Qax və Şəkidən olan vətəndaşları qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Vüqar Əhmədov Qax və Şəkidən olan vətəndaşları qəbul etdi

Sosial

16 İyun 2022 17:21 1139


Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qax və Şəki rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Qax şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.

Qax Elektrik Şəbəkəsinin inzibati binasında baş tutan qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib. Toyuqlu pizza

Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!