“WhatsApp”da yeni funksiya: Telefon nömrəsi görünməyəcək

saytların hazırlanması

Evə çatdırılma

“WhatsApp”da yeni funksiya: Telefon nömrəsi görünməyəcək

Rəqəmsal

30 İyun 2026 09:21 195


"WhatsApp" rəsmi bloqunda istifadəçi adları (username) funksiyasını təqdim edib.

Oxu.Az "Engadget"ə istinadən xəbər verir ki, əgər istifadəçi bu funksiyanı aktivləşdirərsə, yeni kontaktlar - istər digər şəxslər, istərsə də şirkətlər - onun telefon nömrəsini görə bilməyəcəklər.

İstifadəçi adları funksiyası rəsmi olaraq bu ilin sonlarında istifadəyə veriləcək, lakin hazırda messencer artıq həmin adları rezerv etməyi təklif edir. Bunu tətbiqin yenilənmiş versiyasında etmək mümkündür: parametrlərə ("Settings") daxil olub, "Hesab" ("Account") və daha sonra "İstifadəçi adı" ("Username") bölməsini seçmək lazımdır. Dördpendirli pizza

İstifadəçilər, həmçinin əlavə olaraq xüsusi "şifrə" də təyin edə biləcəklər. Digər şəxslərin sizə mesaj göndərə bilməsi üçün onlar istifadəçi adı ilə yanaşı, həm də bu şifrəni bilməlidirlər. İlkin mərhələdə şifrə qismində dörd rəqəmdən istifadə etmək mümkün olacaq. Bu funksiya bir neçə ay ərzində müxtəlif ölkələr üçün mərhələli şəkildə aktivləşdiriləcək və bu barədə "WhatsApp"a bildiriş gələcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!