Xaçınçay su anbarına balıq körpələri buraxıldı - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Xaçınçay su anbarına balıq körpələri buraxıldı - FOTOLAR

Sosial

11 Aprel 2023 13:56 635


Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə növbəti balıq buraxılışı Ağdam rayonu ərazisində keçirilib. 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev Yenisabah.az-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Minatəmizləmə və Dövlət Turizm Agentlikləri, Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə Ağdam rayonunda yerləşən Xaçınçay su anbarına 40 min ədəd çəkikimi balıq körpəsi buraxılıb. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!