Xaçmaz - Xudat yolundakı dəhşətli qəzada uşaqlar da xəsarət alıb - Fotolar YENİLƏNİB

Xaçmaz - Xudat yolundakı dəhşətli qəzada uşaqlar da xəsarət alıb - Fotolar
Sent 11, 2019 13:14
Oxunma sayı: 148

"Yeni Sabah" qəzada xəsarət alanların sayının 5 nəfər olduğunu öyrənib. 

Artıq onların hamısının şəxsiyyəti bəlli olub.

Onlardan 4-ü Siyəzən sakinidir və bir ailənin üzvüdür. Xəsarət alanlar arasında uşaqlar da var:

1963-cü il təvəllüdlü Axundov Tofik Məmmədrza oğlu,

1988-ci il təvəllüdlü Axundova Raziyyə Beybut qızı,

2014-cü il təvəllüdlü Axundova Nuray Mahir qızı, 

2017-ci il təvəllüdlü Axundova Nilay Mahir qızı

***

12:40

Xaçmaz - Xudat yolunda ağır yol qəzası baş verib.

"Yeni Sabah" bildirir ki, "Qazel" markalı maşın ilə "VAZ-015" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində 4 nəfər ağır yaralanıb. Onlardan biri 1999-cu il təvəllüdlü Xudat şəhər sakini Allahverdi Behbudovdur. Digər 3 yaralının şəxsiyyəti hələlik məlum deyil.

Yenisabah.az